Skip to content

MƏXFİLİK SİYASƏTİ

  • Hörmətli istifadəçi, bu veb saytdan istifadə edərkən və bu veb sayt vasitəsilə təklif etdiyimiz xidmətlərdən yararlanarkən sizinlə bağlı əldə olunan fərdi məlumatların hansı formada istifadə olunacağı və necə qorunacağı hazırki “Məxfilik siyasəti”ndə qeyd edilən qaydada tənzimlənir.
  • “Məxfilik siyasəti” bu veb saytda toplanan məlumatlara aiddir və bu veb saytdan istifadə etməklə siz “Məxfilik siyasəti”nin şərtlərilə razılaşdığınızı təsdiqləyirsiniz. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Digilaw.az veb saytı yalnız sizin tərəfinizdən veb sayta daxil edilmiş fərdi məlumatları toplayır və işləyir. Siz veb sayta öz fərdi məlumatlarınızı daxil etməklə həmin məlumatların Digilaw.az tərəfindən toplanmasına və işlənməsinə icazə vermiş olursunuz.
 
  1. Anlayışlar
  • Veb sayt– https://digilaw.az/;
  • Digilaw– Digilaw.az – Digital hüquq platforması;
  • Fərdi məlumatlar– şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat;
  • Xüsusi kateqoriyalı fərdi məlumatlar– fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar;
  • Fərdi məlumatların toplanılması– şəxs barəsində fərdi məlumatların qanuna uyğun olaraq əldə edilməsi;
  • Fərdi məlumatların işlənilməsi– fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi).
 
  1. Fərdi məlumatları qoruma öhdəliyi

    Bəyan edirik ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq konfidensial fərdi məlumatlarınız qanunla müəyyən olunmuş hallar və sizin razılığınız istisna olmaqla üçüncü şəxslərə verilmir.

3. Məlumat mənbələri

Sizinlə bağlı toplanılan məlumatlar sizə ən uyğun və yüksək səviyyəli xidmət təqdim etməyimizə və göstərilən xidmətlərin səviyyəsini artırmağımıza yönəlir. Bu məlumatlar aşağıda qeyd edilən formalarda əldə edilir:

a. sizin tərəfinizdən təqdim edilən məlumatlar
Veb saytdan istifadə edərək daxil etdiyiniz məlumatlar tərəfimizdən toplanılır. Bu yolla əldə edilmiş fərdi məlumatlarınız tamamilə azad iradənizlə təqdim etdiyiniz məlumatlardır. Sizə yüksək səviyyəli və düzgün xidmət göstərə bilməyimiz üçün veb saytda sizdən tələb edilən məlumatların hamısını düzgün və tam olaraq qeyd etməlisiniz. Bundan başqa tələb etdiyiniz xidmətin təşkili üçün lazım olan məlumatları veb sayta daxil etmədiyiniz təqdirdə tələbinizi icra etməyin mümkün olmayacağını nəzərə almalısınız. Verdiyiniz məlumatların doğru və tam olmasına görə özünüz məsuliyyət daşıyırsınız. Yanlış və/və ya natamam məlumatların daxil edilməsi halında Digilaw heç bir məsuliyyət daşımır.

b. Məlumatların avtomatik toplanması alətləri – Kukilər
Kukilər kompüteriniz, planşetiniz və ya mobil telefonunuzda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda sizin IP adresiniz, istifadə olunan brauzer proqramının növü, saytdan istifadənin tarixi və müddəti, saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında məlumatlar saxlanılır. Digilaw bir çox veb saytlarda olduğu kimi veb sayt istifadəçiləri üçün xidmət səviyyəsinin artırılması məqsədilə kukilərdən və digər texnologiyalardan faydalanır.
Kukilərdən istifadə olunmasını qəbul etmirsinizsə, veb saytı tərk etməlisiniz.

4. Məlumatların işlənilməsi

Bizə verilən açıq və konfidensial fərdi məlumatlarınızı aşağıdakılar daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan bir sıra məqsədlər üçün istifadə edəcəyik:

    • Xidmətin göstərilməsi üçün;
    • Bazar araşdırması, təhlil-analitik məqsədlər, proses, xidmət və məhsulların   təkmilləşdirilməsi üçün;
    • Tədbirlərimiz, xidmətlərimiz, məhsullarımız və yeniliklərimiz barədə məlumat vermək üçün;
    • Fırıldaqçılıq, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üzrə monitorinq aparılması üçün;
    • Hər hansı bir qanuni öhdəliklərə (məsələn, vergi, mühasibat və inzibati öhdəliklər) riayət etmək üçün;

Müvafiq qanun və qaydaların razılığınızı almağımızı tələb etmədiyi hallar istisna olmaqla, fərdi məlumatlarınız sizin razılığınızla üçüncü tərəfə ötürülə bilər.

  1. Məlumatları əldə edə bilən subyektlər

    Digilaw olaraq fərdi məlumatlarınızı yuxarıda göstərilən məqsədlərlə və qanunvericiliyə uyğun olaraq aşağıda qeyd edilən üçüncü tərəflərlə bölüşə bilərik:

    • Xidmətin təmin edilməsi məqsədilə fərdi məlumatlarınız Digilaw tərəfindən dövlət orqanları, texniki dəstək göstərmək üçün təyin edilmiş informasiya texnologiyaları üzrə fəaliyyət göstərən şirkətlər və banklara ötürülə bilər;
    • Hər hansı bir qanuni öhdəliyi yerinə yetirmək, o cümlədən sizə təqdim etdiyimiz məhsul və ya xidmətdən şikayət etdiyiniz təqdirdə müvafiq nəzarətedici orqanlara ötürülə bilər.
 
  1. Digər veb saytlara keçid

    Bu veb sayt vasitəsilə başqa veb saytlara keçidlər təqdim edilə bilər. Digilaw digər veb saytların məzmununa və ya məxfilik siyasətinə görə məsuliyyət daşımır. Başqa veb saytlar fərqli formada öz məlumat toplama və məxfilik siyasətinə sahibdirlər. Buna görə də bu veb sayt vasitəsilə keçid etdiyiniz digər veb saytların məxfilik siyasətini nəzərdən keçirməyiniz lazımdır.

  1. Digər istifadə şərtləri

    Digilaw istənilən zaman və əvvəlcədən xəbərdar etmədən “Məxfilik siyasəti”nin müddəalarına əlavələr etmək, onları dəyişdirmək və ya çıxarmaq hüququnu özündə saxlayır. Bu cür dəyişikliklər edildikdən sonra Siz veb saytdan istifadə etməklə bu dəyişiklikləri qəbul etmiş olursunuz.
    Digilaw veb saytda əks olunan məlumatların mütəmadi olaraq yenilənməsinə səy göstərəcək.
    Digilaw öz qəsdindən yaranan birbaşa zərərlər istisna olmaqla veb saytın istifadəsi nəticəsində meydana gələ biləcək birbaşa və ya dolayı zərərə görə heç bir halda məsuliyyət daşımır.
    “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İstifadəçi onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüququna malikdir. İstifadəçinin etirazı bizə yazılı surətdə və ya onlayn qaydada təqdim olunmalıdır. İstifadəçilərin etirazının əsaslandırılması tələb olunmur.