Skip to content

Ən çox soruşulan Suallar

Xeyr, xidmətlərin növündən və müştərinin seçimindən asılı olaraq xidmətlər həm elektron həm də ənənəvi qaydada göstərilə bilir.

İnternet səhifəmizdən qeydiyyatdan keçdikdən sonra müştərinin sifariş verdiyi və ödənişini etdiyi xidmətlər hüquqşünaslarımız tərəfindən icra edilir. Daha sonra hazır sənəd və ya xidmətin icrasını təsdiq edən digər sübutlar müştərinin səhifəmizdə olan şəxsi kabinetinə yerləşdirilir və elektron poçt ünvanına göndərilir. 

Platformamız üzərindən verilmiş sifarişlər həm vaxtınıza həm də pulunuza qənaət etməyə imkan yaradır. Belə ki, xidmətlərin bir çoxu elektron qaydada icra edildiyi üçün kiçik məsələlərdən ötrü dəfələrlə ofisə gəlməyinizə ehtiyac yoxdur. Bu həm sizin vaxt itirməyinizin qarşısını alır həm də bizi bir çox ofis xərclərindən azad etdiyi üçün xidmət haqqının mövcud hüquq firmalarına nəzərən az olmasına imkan yaradır.

Seçdiyiniz xidmət üzrə ödəniş nağd, bank kartı və ya hesabına köçürmə qaydasında həyata keçirilə bilər.

Xidmət növündən və spesifikliyindən asılı olaraq yeddi təqvim günü ərzində icra edilir. Lakin istisna olaraq, materialların çoxluğu, texniki problemlər və.s. icraçıdan asılı olmayan digər hallar mövcud olduqda müştəri ilə razılaşdırılmaqla xidmətin icrası müddəti uzadıla bilər. Həmçinin xidmətin icrası təcili olduqda isə, müştəri və icraçı qarşılıqlı razılaşdığı təqdirdə, o, bir gün ərzində  icra oluna bilər.

Hüquqi ekspertiza aparılmasını istədiyiniz sənəd oxunaqlı, Calibri, Arial, Times New Roman şriftlərindən birində, ən azı 1 sətirəarası interval, kənar ölçüləri isə 1 olmaqla, .doc, .docx, .pdf, .jpg formatlarından birində olmalıdır. Fərqli qaydada göndərilmiş sənədlər qeyd edilən formatlara və ölçülərə çevrilərək xidmət haqqı hesablanacaqdır. Bu mümkün olmadıqda isə müştərinin seçimindən asılı olaraq ya bank rüsumları tutulmaqla ödəniş geri qaytarılacaq ya da müştəri sənədləri tələb olunan formada əlavə etdikdən sonra xidmətin icrasına davam ediləcəkdir.

Bildiririk ki, fərdi məlumatlarınız tərəfimizdən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun qaydada qorunur.

Sifariş verdiyiniz xidmətlər tərəfimizdən müraciət formasında əlavə etdiyiniz məlumatlar əsasında icra edilir. Qeyd etmək lazımdır ki, hazırlanacaq sənədlərin dəqiqliyi sizin üçün vacib əhəmiyyət kəsb etməlidir. Əks halda, həmin sənədlərdəki yanlış məlumatlara görə biz heç bir məsuliyyət daşımırıq.